İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram günlərində paytaxtda avtobuslar necə işləyəcək? - RƏSMİ CAVAB

Qarşıdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı gəlir. Həmin günlərdə paytaxt yollarında əhalinin sıx hərəkət edəcəyi ehtimal olunur.

Bəs görəsən, bayramda paytaxtda ictimai nəqliyyatın təşkili nə cür təşkil olunacaq? Bakı Nəqliyyat Agentliyi (BNA) avtobusların hərəkəti və qrafikində dəyişikliklər edəcək?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirdi ki, istər iş günü, istərsə də qeyri-iş günlərində sərnişin tələbatına uyğun olaraq xəttə avtobus buraxılır. Hər zaman daşıyıcılara da bu barədə məlumat verilir ki, gündəlik xəttə çıxan avtobusların sayını tələbata uyğun olaraq tənzimləsinlər:

"Əvvəlki illərdə edilən müşahidələrə əsasən onu qeyd etməliyəm ki, uzunmüddətli bayram tətillərində sərnişin sayı elə də yüksək olmur. İnsanların əksəriyyəti dincəlmək üçün şəhər kənarına, tələbələr isə rayonlara üz tuturlar. Bu səbəbdən də avtobuslara yüksək tələb olmur. Yarandıqda onların daşınması üçün kifayət qədər avtobuslar var. Agentlik bayram günlərində insanların tədbirlər keçirilən məkanlara, digər istiqamətlərə hərəkətini daha rahat təmin etmək üçün avtobus sayına diqqət edilməsi tapşırığını verib".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR