İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram günləri sərnişin qatarları belə işləyəcək 

Sərnişinlərin artan tələbatını nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yeni il bayramı günləri ilə bağlı sərnişin qatarlarının optimallaşdırılmasını həyata keçirəcək.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, Zəfər Günü ilə bağlı Bakı-Sumqayıt marşrutu üzrə istifadə olunan ehtiyat qatarlardan Gəncə istiqaməti üzrə istifadə olunub.

“Bu cür optimallaşdırma Yeni il üçün də istifadə olunacaq”, - Rövşən Rüstəmov qeyd edib.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları”nın bütün strukturları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. Bununla bağlı Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatı nəzərə alaraq, xətt üzrə iki əlavə reys təyin edilib.

Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkət edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR