Onlayn ictimai-siyasi qəzet
Trampın yanvarın 20-də olacaq andiçmə mərasimini gözlənilmədən cəmi 20 min nəfərin iştirak edə biləcəyi “Capital One Arena”ya keçirməsi və bunu Vaşinqtonda gözlənilən “20 dərəcə şaxta” ilə izah etməsinə əlbəttə ki, inanan az oldu. Sinoptiklər də deyiblər ki, yanvarın 20-də Vaşinqtonda minimal hava şəraiti minus 4-6 dərəcə ola bilər.
Sonuncu dəfə 1985-ci ildə Ronald Reyqan da ikinci prezident müddətinə seçiləndə andiçmə mərasiminin yerini dəyişdirmişdi, onun da izahatı soyuq hava idi. Amma heç kimə sirr deyildi ki, hakimiyyətə gələndən cəmi 65 gün sonra sui-qəsdə məruz qalan Reyqana(1981-ci ilin 30 martı) ağ ciyərindən cəmi bir güllə dəymiş, amma ciddi psixolji travma onu bütün hakimiyyəti boyu təqib etmişdi.
Donald Trampa qarşı ilk sui-qəsd seçki kampaniyası zamanı-iyulda oldu. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. İkinci sui-qəsd cəhdi sentyabrda qeydə alınıb. Trampın olduğu qolf klubunda Ukraynayönlü fəal ona atəş açmağa cəhd etmişdi...
Amerikada prezidentləri öldürüblər də, baş tutmayan sui-qəsdlər də olub. Trampı isə namizəd olaraq öldürməyə cəhd etdilər və bu qərar onu göstərir ki, deməli, prezident olduqdan sonra da belə risklər qalır.
Bu, həm də Amerika cəniyyətinin əhval-ruhiyyəsinə uyğun verilmiş qərar kimi qiymətləndirilə bilər. Amerika cəmiyyəti son illər çox parçalanıb, vətəndaş qarşıdurması görünməmiş həddə artıb. Trampın Ağ Evə gəlişi ilə bu çatlar tezliklə aradan götürülməyəcək, əksinə bəlkə də daha da dərinləşə bilər. Ona görə əslində Trampın dediyi soyuq havanın Amerika cəmiyyətinin “havası” kimi qəbul edilməsi daha doğru olar.
Tramp böyük fərqlə və kifayət qədər inamla qalib gəlsə də, Amerika cəmiyyətində hamı ona rəğbətlə baxmır. Xüsusilə, Fələstin tərəfdarı olan koalisiyalar, əmək qrupları, sosialistlər, mühacir ailələrinə dəstək hərəkatının nümayəndələri və hətta cinsi azalıqlar yanvarın 20-də etiraz aksiyalarında iştirak etmək istədiklərini bəyan ediblər.Trampın inauqurasiyasından bir gün əvvəl onun əleyhinə artıq bir neçə minlik aksiyalar olub.
Trampın istənilən şoulara marağı yenilik deyil, onun gözəllik yarışmaları keçirməsi bir az keçmişdi, amma necə deyərlər, fakt faktlığında qalır. Yalanı yoxdur, Tramp gördüyü işlərdə həm də hər şeyin yaxşısını etmək istəyir, bu cür yaşamağı sevir, ona görə dünyanın canlı baxacağı bir şounu şaxtaya görə təxirə salınması bir az da onun stili deyil. Üstəlik, bu prezidentlik mandatı ona hədsiz sınaqlardan keçməklə qismət olub, o da bu mərasimlə onu gözümçıxdıya salan çoxlarına gözdağı verə bilərdi. Amma can hər şeydən qiymətlidir, həm də indi bu can təkcə Trampa məxsus deyil, o, Amerikada onun hakimiyyətinə qayıtmasına böyük ümidlər bəsləyən milyonlara “məxsusdur”.
Tramp bu qərarla həm də demək istədi ki, Bayden administrasiyasındanqalma komandaya, Gizli Servisə(Xidmətə) etibar etmir. Yeri gəlmişkən, ilk sui-qəsdə onun həyatını qurtaran mühafiəzəçi Tramp hakimiyyətində məhz Gizli Xidmətin rəhbəri olacaq.
Trampın ilk prezidentliyi dönəmində bəzi məsuliyyətsiz davranışlarl ilə yadda qaldı, xüsusilə sosial şəbəkələrdə yazdıqları statuslarla. İndi də onun davranışlarında dəyişən çox şey yoxdur, amma ümid var ki, əlahəzirət zaman Trampı yaşının bu çağında(78 yaş!) daha da müdrik edib. Tramp tərəfdarları əlbəttə, məyusdur, çünki mərasimə ən azı 220 min bilet paylanmış, Vaşinqtonda mehmanxanalar dolmuşdu...
Onun verdiyi vədləri boş verin, onların heç birini ciddiyə almamağın tərəfdarıyam. Amma istəsək də- istəməsək də, yanvarın 20-də Tramp üçün də, dünya üçün də çətin bir dövr başlayır. Ümid edək ki, Baydenin atasına rəhmət oxumayacağıq...
Nazim Sabiroğlu,
Musavat.com
20 Yanvar 2025
00:12 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ