İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydendən ağıllı HƏMLƏ

Ağ Ev İsrailə nəzərdə tutulan təcili yardım paketinə Ukraynanı da qatmağı düşünür.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, Bayden administrasiyası bununla “bir oxla iki quş vurmaq” istəyir. Çünki Ukraynaya yardımla bağlı Konqresdə respublikaçılar ciddi müqavimət göstərirlər. Ağ Ev hər iki ölkəyə ediləcək yardımları birləşdirməklə bu müqaviməti qıracağına ümid edir. Çünki bu, Ukraynaya yardımın artırılmasına qəti şəkildə qarşı çıxan, lakin İsrailə dəstəyin tərəfdarı olan ifrat sağçı fraksiyaya təzyiq göstərə bilər. Bayden administrasiyasının əsas fiqurları Nümayəndələr Palatasının, Senatın liderləri və nüfuzlu komitələrin üzvləri ilə danışaraq Ağ Evin İsrailə əlavə hərbi yardımı üçün Konqresdən icazə istəyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR