Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Newsmax kanalına verdiyi müsahibədə maraqlı açıqlamalar səsləndirib.
Musavat.com xəbər verir ki, o bildirib ki, ABŞ prezidenti Donald Tramp artıq özü şəxsən anlayır ki, Rusiya Prezidenti Vladimir Putin ona yalan danışır.
“Və vacibdir ki, prezident Tramp bunu başqalarından eşitmir, məhz özü görür. Biz ABŞ-ın atəşkəsə dair bütün təşəbbüslərini dəstəklədik. Mən Trampın bütün təşəbbüslərinə dəstək verdim. Amma o reallığı gördü: Putin bir şey deyir, sonra isə bombalayır. O, müharibənin bitməsini istəmir”, — deyə Zelenski vurğulayıb.
Ukrayna lideri həmçinin qeyd edib ki, ABŞ üçün Ukraynanın bu müharibədə uduzmaması olduqca önəmlidir. Onun sözlərinə görə, Putin isə artıq çoxsaylı hərbçisini itirməkdədir.
Zelenski Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində bu ay ciddi irəliləyiş əldə olunduğunu bildirib:
“Bu ay müdafiə sistemləri sahəsində biz dönüş nöqtəsinə çatdıq. Ukrayna üçün prioritet Patriot sistemləridir. Ağ Evdən və şəxsən prezidentdən bu məsələdə dəstək üçün müsbət siqnal aldığım üçün minnətdaram. Sanksiyalar paketinə gəlincə isə siz özünüz görürsünüz ki, hər kəs bu istiqamətdə irəliləyir”.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ