Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə yerləşən Suriya Silahlı Qüvvələrinin baş qərargah kompleksinə zərbə endirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə məlumatı birbaşa İsrail ordusu yayıb.
Hadisə ilə bağlı Suriya dövlət televiziyası məlumat verərək, Dəməşqə edilmiş hava zərbəsi nəticəsində iki nəfərin yaralandığını bildirib.
Eyni zamanda, İsrail ordusu sərhəd yaxınlığında — Suriyanın cənubunda yerləşən və əsasən druz icmasının kompakt yaşadığı ərazilərdə vəziyyətin gərginləşməsi fonunda qüvvələrini artırmağa qərar verib. Rəsmi açıqlamada bildirilir ki, İsrail sərhədində hərbi mövcudluğun gücləndirilməsi Es-Suveydə bölgəsində baş verən qarşıdurmalarla bağlıdır.
Bununla yanaşı, İsrail ordusu Suriyanın cənub bölgəsində yaşayan bəzi druz icması üzvləri üçün sərhədi açıb. Bu addım həm humanitar məqsəd, həm də regionda genişlənə biləcək toqquşmaların təsirini azaltmaq niyyəti ilə izah olunur.
Beləliklə, İsrail həm Suriya ordusuna qarşı sərt zərbələr endirməklə, həm də sərhəddəki druz icmasına dəhliz açmaqla regional siyasətdə çoxvektorlu oyununu davam etdirir.
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ