Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdəki gərginliyə toxunaraq, Prezident Vladimir Putin və Baş nazir Mixail Mişustinlə şəffaf və açıq münasibətlərə malik olduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, keçmişdə Rusiya liderləri ilə yaxın təmaslarda olduğunu da vurğulayıb.
“Mənim Putin və Mişustinlə açıq, şəffaf münasibətlərim var, biz bir yerdə çörək bölmüşük”, – deyə Paşinyan bildirib.
Lakin baş nazir bəzi Rusiya televiziya kanallarının Ermənistan əleyhinə təbliğat apardığını və “bütün sərhədləri aşdığını” deyib. O, bu kanalların yayımının dayandırılması məsələsinə toxunaraq, bunun istənilməyən, lakin məcburi addım ola biləcəyini qeyd edib:
“Mən onların yayımının dayandırılması qərarını vermək istəməzdim. Amma Rusiyada elə qüvvələr var ki, bizi buna məcbur edirlər. Bu isə mənim arzulamadığım bir yoldur”.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ