Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxanlara sərt cavab verib.
Musavat.com xəbər verir ki, o, bu tənqidlərə münasibət bildirərkən alternativin nə olduğunu soruşub.
“Əgər Ermənistan Türkiyə ilə barışığa getməsə, bəs alternativ nədir?” – deyə Paşinyan mətbuat konfransında bildirib.
Baş nazir əlavə edib ki, münasibətlərin normallaşmasına qarşı çıxan vətəndaşlar nəyə ümid edirlər? Onların gözləntilərinin nə olduğunu anlamadığını deyən Paşinyan, sərt ritorika ilə sual edib:
“Onlar demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə biz müharibə yolunu tutmalıyıq? Ümumiyyətlə anlayırıqmı nə danışırıq?”
Musavat.com
20 Iyul 2025
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ