İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenə ŞOK - Araşdırma aparılır

ABŞ-ın keçmiş prezidenti Co Baydenin sənədləri imzalamaq üçün avtomatik imza cihazından - avtopendən istifadə etməsi ilə bağlı minlərlə sənəd araşdırmaya cəlb olunub.

Musavat.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata əsasən, araşdırmaya Ağ Evin hüquqşünaslar aparatı rəhbərlik edir və onların fəaliyyəti Ədliyyə Nazirliyi ilə koordinasiya olunur.

ABŞ Milli Arxivlər və Sənədləşmə İdarəsi bu məsələ ilə bağlı on minlərlə sənədi araşdırılmaq üçün təqdim edib. Təhlilə təqribən bir milyon sənədin cəlb olunacağı, o cümlədən Bayden administrasiyasının daxili yazışmalarının da yoxlanılacağı bildirilir.

Adının açıqlanmasını istəməyən amerikalı məmur “Fox News”a bildirib:

“Araşdırılır ki, keçmiş prezident hansı hallarda göstəriş verib, hansı hallarda isə yox. Avtopendən istifadə yalnız o zaman qanuni sayılır ki, prezident müəyyən sənədə dair qərar verdiyini bildirir və ya onun razılığı əvvəlcədən alınıb”.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a deyib:

“Tramp administrasiyası dövründə Ağ Ev amerikalıların Bayden dövründə necə idarəçilik aparıldığı ilə bağlı çoxsaylı suallarına cavab tapmaq niyyətindədir”.

Livitt Baydeni “ölkə tarixində ən bacarıqsız və zəif prezident” adlandıraraq, onun faktiki olaraq “prezident səlahiyyətlərini Ağ Ev işçilərinin nəzarətində olan avtopenə həvalə etdiyini” bildirib.

“Fox News” xatırladır ki, Baydenin prezidentlik müddətinin sonunda imzaladığı əfv fərmanlarının əksəriyyətində məhz avtopen istifadə olunub. Co Bayden bu əfvlərdən yalnız birini — öz oğlu Hanteri əhatə edən sənədi şəxsən imzalayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR