Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı yalnız gücün dayandıra biləcəyini bildirib.
Musavat.com xəbər verir ki, o, ABŞ-ın Ukraynaya təqdim edəcəyi istənilən hücum silahının — istifadə edilməsə belə — Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edəcəyini deyib.
"ABŞ tərəfindən veriləcək istənilən hücum silahı Putini danışıqlara oturmağa vadar edəcək. Hətta həmin silahdan istifadə olunmasa belə", – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, bütün Amerika və Avropa Ukraynanın sülh istədiyini və müharibənin bitməsini arzuladığını yaxşı bilir.
Lakin Zelenskinin fikrincə, ruslar yalnız güc dilini başa düşür: “Ona görə də yalnız güclü sanksiyalar və güclü silahlarla nəticə əldə etmək mümkündür. Biz hərəkətə və güc nümayiş etdirməyə hazırıq”, – deyə o bildirib.
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ