Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün rəsmi müraciət etdiyini təsdiqləyib. O bildirib ki, bu addım Ermənistanın balanslaşdırılmış və çoxtərəfli xarici siyasət kursunun bir hissəsidir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyan keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Ermənistan artıq ŞƏT-də müşahidəçi statusuna malikdir və bu təşəbbüs sıfırdan başlamayıb.
Nikol Paşinyan bildirib ki, təşkilatda baş verən struktur və məzmun dəyişikliyi də bu qərarın verilməsinə təsir edib:
“Müşahidəçi və ya assosiativ üzvlük statusunun ləğvi məsələsi müzakirə olunur. Bu, əsas səbəb olmasa da, səbəblərdən biridir”.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) təhlükə kimi qiymətləndirməsinə baxmayaraq, həmin təşkilata üzv olan ölkələrin ŞƏT-in də tərkibində olması ilə bağlı sualı cavablandıran Paşinyan vurğulayıb:
“KTMT bir təşkilatdır, ŞƏT isə tamamilə başqa bir qurumdur. KTMT barədə deyiləcək hər şeyi artıq demişik”.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ