İnsanlara hürriyət, millətlərə istiqlal!

Başına pul qoyulan rus millətçi Taqanroqda göründü

Rusiyalı millətçi, 2013-2014-cü illərdə Ukraynadakı döyüşlərdə ad çıxarmış İqor Qirkin (Strelkov) Rostov vilayətində magistral yolda görüntülənib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Ateo Breaking” Teleqram kanalı məlumat yayıb.

Qirkinin Rusiya silahlı qüvvələrinin geyimində olan başqa bir əsgərlə ünsiyyətdə olduğu fotonun Taqanroq istiqamətində çəkildiyi ehtimal edilir. Onun hələ ki, Rusiyada olduğu güman edilir.

Xatırladaq ki, Ukrayna kəşfiyyatı rus radikal millətçinin artıq Ukrayna ərazisinin işğal olunmuş hissəsinə gəldini bildirib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi İqor Qirkinin (Strelkov) əsir götürülməsinə görə 100 min dollar mükafat vəd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR