İnsanlara hürriyət, millətlərə istiqlal!

Basarkeçərdə 15 hərbçinin ölümünə bais olan şəxslə bağlı istintaq başladı - ittiham

Basarkeçər rayonunun Ağkilsə kəndində 15 hərbçinin ölümünə səbəb olan yanğınla bağlı Ermənistan arxa hissə komandirinin müavini, kommunal xidmət rəisinin müavini G.A.-ya qarşı cinayət işi başlanıb. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs arxa obyektlərin yanğından mühafizəsini təşkil etməyə, bütün şəxsi heyət üçün yanğın təhlükəsizliyi tələblərini öyrənməyə, yanğınsöndürənlərin olmasını təmin etməyə, vəziyyəti yoxlamağa borcludur. Səlahiyyət sahibi ən azı üç ayda bir dəfə alayın yanğından mühafizəsini, yanğın təhlükəsizliyi tələblərinə vaxtında əməl olunmasını təmin etməli idi.

Müəyyən edilib ki, yanvarın 19-da mühəndis-xidmət işçisi müəyyən edilmiş qaydanı pozaraq sobanı avtomobil benzini ilə yandırmağa cəhd edib və nəticədə yanğın baş verib. Müvafiq yanğından mühafizə tədbirləri və qəza çıxışı olmadığından hərbçilər onu söndürə, pəncərələrə bərkidilmiş dəmir barmaqlıqları sındıra və binanı tərk edə bilməyiblər. Nəticədə 15 çağırışçı həlak olub. Daha 5 hərbçi, o cümlədən sobanı yandırmağa cəhd edən zabit yaralanıb. İstintaq davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR