İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Prokurorluq 28 yaşlı kişinin qətli ilə bağlı məlumat yaydı

İmişli rayonunda 1994-ci il təvəllüdlü İlkin Hüseynovun qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Musavat.com-a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Xəyal Surxayev saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR