İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirdən VACİB QƏRAR: 50 faizini dövlət maliyyələşdirəcək

Nazirlər Kabineti “İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün ölkə vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Təsdiq edilmiş Qaydada ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlət dəstəyinin göstərilməsi və Azərbaycan vətəndaşları olan hüquq sahiblərinin Patent Əməkdaşlıq Sazişi (PCT) sistemindən istifadəsinə dair müddəalar əks olunmuş və PCT prosedurları çərçivəsində ixtiralara və faydalı modellərə görə verilən patentlərin ilk 3 il müddətində qüvvədə saxlanması ilə bağlı hüquq sahiblərinin çəkdikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsinin mexanizmləri müəyyən edilib.

Qərarın qəbul edilməsi ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasına, ölkə vətəndaşları olan hüquq sahibləri tərəfindən beynəlxalq qorunma sənədinin (patent) alınmasına öz müsbət təsirini göstərəcək və ölkənin mövqeyinin beynəlxalq reytinqlərdə yüksəldilməsinə xidmət edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR