İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir İranın qazlaşma faizindən danışdı

“Ölkədə 9 minə qədər məktəbin təmirə ehtiyacı var. Bu işi həyata keçirmək üçün ən azı 3,2 milyard manat vəsait lazımdır”.

Musavat.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdəki müzakirələrdə söyləyib.

Baş nazir qeyd edib ki, bütün rayonlara yanaşma eynidir: “Mən çox şadam ki, Sabirabadda qazlaşma başa çatmaq üzrədir, yalnız bir kənd qalıb”.

Əli Əsədov vurğulayıb ki, Azərbaycanda 96-97 faiz qazlaşma aparılıb. İranla Azərbaycan arasında müqayisə aparılmasına reaksiya verən Ə.Əsədov bildirib ki, İranın qazlaşma faizi qat-qat Azərbaycandan aşağıdır.

Qaz limitinin ləğvi ilə bağlı təklifə gəldikdə, Baş nazir bu barədə vəziyyəti nəzərə almağı tövsiyə edib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR