İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir: “Azərbaycanın ərazilərini azad etməsi Albaniyada müsbət dəyərləndirilib”

Albaniya Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük önəm verir. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi Albaniyada müsbət dəyərləndirilib.

Musavat.com xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Albaniya nümayəndə heyətinin tərkibinə deputatların da daxil olduğunu deyən qonaq, parlamentlər arasında qanunvericilik sahəsində əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi barədə fikirlərini bölüşüb. Bildirib ki, Albaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həmişə Azərbaycanı dəstəkləyib.

Baş nazir iki ölkə arasındakı qarşılıqlı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR