İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş katib: “Ərəb dövlətləri Ukraynadakı müharibədən əziyyət çəkir”

“Azərbaycanın, paytaxt Bakının inkişafına heyran qaldığımı nəzərə çatdırmaq istəyirəm. Azərbaycan Prezidenti İlham Əliyevə əldə olunan bu nailiyyətlərlə bağlı təbriklərini çatdırmaq istəyirəm”.

APA-nın xəbərinə görə, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində Yüksək Səviyyəli Açılış Panelində Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Abul Qeyt bildirib.

Baş katib deyib ki, yalnız müdrikliklə və tarixdən dərslər çıxarmaqla sülhü bərqərar etmək olar: “Ukraynadakı müharibə dünya üçün təhdid yaradır. Biz ərəb dövlətləri kimi, bu müharibədən real olaraq əziyyət çəkirik. Biz yuxudan oyanmalı və hər bir davranışımıza görə məsuliyyət daşımalıyıq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR