Onlayn ictimai-siyasi qəzet
La Liqada 35-ci turun daha bir oyunu “Betis”lə “Barselona” arasında keçirilib.
Meydana çıxarkən katalon klubunun futbolçuları Kral Kubokunu qazanan “Betis”lilər üçün şərəf dəhlizi açıblar.
Çempionluqdan əlini üzən Xavinin yetirmələri 76-cı dəqiqədə hesabı açsalar da, onların sevinci cəmi üç dəqiqə çəkib. Lakin katalonlar təslim olmayaraq matçın əsas vaxtına əlavə edilmiş dördüncü dəqiqədə (90+4) qələbə qolunu vurublar – 1:2.
Qeyd edək ki, tura “Real” və “Atletiko” arasındakı Madrid derbisi ilə yekun vurulacaq.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ