İnsanlara hürriyət, millətlərə istiqlal!

Balotellinin yeni klubu bilindi - Az maaşa razılaşdı

Məşhur italiyalı hücumçu Mario Balotelli "Cenoa"ya keçir. 

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, sosial şəbəkə hesabında belə paylaşım edib: 

"İtaliyalı hücumçu ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb. Balotelli 20 gün gözlədi, çünki o, yalnız "Cenoa"nı istəyirdi. O, Alberto Cilardino ilə bir neçə dəfə danışdı... Beləliklə, yeni komandasına az maaşlı azad agent kimi qoşulur".

"Cenoa" oktyabrın 27-də A Seriyasında Romada "Latsio" ilə qarşılaşacaq. "Qriffinlər" hazırda İtaliya çempionatında 6 xalla 18-ci yerdədir. (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR