İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının ermənilərə müraciəti – yüksək maaş, təhlükəsizlik - Xankəndidə separatçılar AYAĞA QALXDI – Elxan Şahinoğlu ilə CANLIda

Xankəndidəki separatçılar erməni əhalisini reinteqrasiyadan uzaqlaşdırmaq məqsədilə yeni təbliğata başlayıb. Separatçılar erməniləri Azərbaycanın vədlərinə inanmamağa çağırıb. İddia edirlər ki, sosial şəbəkələrdə Azərbaycanın erməni əhalisinə vədləri yayılıb: vətəndaşlığı qəbul edəcəkləri təqdirdə hüquqlarının müdafiə edilməsi, yüksək maaşla təminat və s;

Azərbaycan tərəfindən bu haqda hər-hansı rəsmi məlumat yoxdur, separatçıların bu iddianı ortaya atmasının səbəbi isə erməni əhalisi arasındakı müzakirələrdir. Məlumatlara görə, ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə onları gözləyən gələcəklə bağlı müzakirələr aparır. Belə müzakirələrdən qorxuya düşən separatçılar onları “inanmamağa” çağırır.

Rəsmi Bakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin ediləcəyinə beynəlxalq səviyyədə zəmanət verib. O cümlədən, erməni əhalisinin Azərbaycan vətəndaşlığını altında daha yaxşı yaşayacağı haqda dəfələrlə açıqlamalar verilib. Lakin konkret proqram açıqlanmayıb. Separatçıların iddiaları Qarabağdakı mövcud əhval-ruhiyyədən qaynaqlanır.

Bu istiqamətdə nələr gözlənilir? Azərbaycanın addımlarına qarşı ermənilərin reaksiyası necə olacaq? Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR