İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yeniyetmə mağazanın kassasından pul oğurladı - ANBAAN VİDEO

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmənin şəxsiyyəti müəyyən edilib.

Saxlanılması istiqamətində tədbirlər görülür.

***

Bakının Səbail rayonu ərazisində mağazadan pul oğurlanıb.

Bu barədə mağaza sahibi Vüqar Orucov BAKU.WS-in "qaynar xətti"nə şikayətində bildirib.

Onun sözlərinə görə, Üzeyir Hacıbəyov 13B ünvanında yerləşən geyim mağazasına bir şəxs daxil olub. O, satıcının fikrini yayındıraraq kassadan pul oğurlayıb.

Onun görüntüləri müşahidə kamerasına düşüb.

Mağaza sahibi oğurluq barədə Səbail rayon Polis İdarəsi 39-cu Polid Bölməsinə müraciət ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR