Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.
Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.
30 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ