İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qadının 3 minlik telefonunu əlindən aldılar

Abşeronda quldurluq hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Əliyev Zaur Rasim oğlu naməlum 3 nəfərlə birgə gecə saat 2 radələrində küçədə Adıgözəlov Adil Mübariz oğlu və Ağayeva Günel malik qızına hücum ediblər. A.Adıgözəlovun cibindən 400 manat pulu və G.Ağayevanın 3 000 manat dəyərində “iPhone 13 Pro Max” markalı telefonunu basqın etmək yolu ilə əllərindən alınıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR