İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda məşhur ticarət mərkəzində YANĞIN - FOTO, VİDEO

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

Musavat.com saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, "8-ci km" bazarı yaxınlığında yerləşən "Məkan" adlı kafedə yanğın baş verib. Yanğının nədən baş verdiyi hələlik məlum deyil. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

@@TVmusavat/91999@@

***

Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.

Bu barədə Musavat.com-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Alim LİFTİYEV,
MUSAVAT.COM
Foto və videolar müəllifə məxsusdur

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR