İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümrü meriyası sabahdan etibarən tətilə başlayır - VİDEO

Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə meriya əməkdaşları sabahdan etibarən tətilə çıxacaq.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə şəhər merinin müavini və mer Vardan Qukasyanın kürəkəni Avetis Arakelyan məlumat verib.

Arakelyan tətilin səbəbləri barədə ətraflı açıqlama verməsə də, mənbələrə görə, qərar şəhər rəhbərliyi ilə mərkəzi hökumət arasında yaranmış fikir ayrılıqları və maliyyə məsələləri ilə bağlıdır.

Hazırda Gümrü meriyasında əsas xidmətlərin necə fəaliyyət göstərəcəyi və tətilin nə qədər davam edəcəyi barədə məlumat verilməyib. Gözlənilir ki, məsələ ilə bağlı sabah rəsmi bəyanat yayılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR