İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda külək darvazanı aşırdı, uşaq altında qalaraq öldü

Bakının Xəzər rayonunda 9 yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb.

Musavat.com "APA"ya istinadla xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb.

Bu zaman 2014-cü il təvəllüdlü Cəlilli Ramiz Telman oğlu darvazanın altında qalıb.

Uşaq ağır bədən xəsarətləri alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt üzrə araşdırma aparılır.

Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon Şöbəsinə verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR