İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda hamının axtardığı kişi tapılıb? - DİN-dən AÇIQLAMA

Bir neçə gün öncə Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dillər Universitetinin (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaxınlığında bir nəfərin tələbələrə yaxınlaşaraq pul istəməsi barədə görüntülər yayılmışdı.

İddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb. Sonradan sərbəst buraxılan tələbə bir neçə gün sonra intihar edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Musavat.com-a bildirib ki, sosial şəbəkələrdə yayılan iddialar nəzarətdə saxlanılmaqla araşdırılması davam etdirilir:

"Adam oğurluğu ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR