İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ard-arda iki yanğın - təsadüf, yoxsa qəsd?!

Xəbər verildiyi kimi, bu gün günorta saatlarında Nizami küçəsi 196 ünvanındakı anbarda yanğın meydana gəlib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının lokallaşdırılması üçün tədbirlər görülüb.

“Port Baku” yaxınlığında, Penitensiar Xidmətin inzibati binasının qonşuluğunda meydana gələn yanğının söndürülməsi üçün hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğının hansı səbəbdən meydana gəlməsi hələlik bəlli deyil.

Məlumata görə, təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb. Əraziyə FHN-in 6 yanğınsöndürmə briqadası cəlb olunub.

Xatırladaq ki, dünən də paytaxtın Binəqədi rayonunda güclü yanğıb baş verib. Yanğın nəticəsində ümumi sahəsi 1600 kvadratmetr olan anbar və 5 avtomobil yanıb.

Bu arada, Fövqəladə Hallar Nazirliyinin son 1 həftəlik statistikası da olduqca maraqlıdır.

Rəsmi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 152 yanğına çıxış əməliyyatı həyata keçirilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR