Onlayn ictimai-siyasi qəzet
Bakıda quldurluq edən şəxslər saxlanılıb.
DİN-dən verilən məlumata görə, iyunun 9-da gecə saatlarında Nizami rayonu ərazisində yerləşən apteklərin birində tibbi maskalı 2 nəfərin satıcını bıçaqla hədələyib kassadan 300 manat pul talamaları barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Tuncay Quluzadə və Alı Cavadlı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ