Onlayn ictimai-siyasi qəzet
Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib.
Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İ.Əlibəyli müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ