İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 16 yaşlı qızla evlənən kişi məhkəməlik oldu

16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda təqsirləndirilən 29 yaşlı Musa Hacıyevin (ad soyad şərti) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, iş üzrə Bakının Xəzər rayon Prokurorluğunda toplanan materiallar baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.

İş hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.

Əldə etdiyimiz məlumata görə, paytaxtın Binə qəsəbəsində yaşayan M.Hacıyev 16 yaşlı qızla ailə qurub. Bu səbəbdən onun barəsində bu ilin fevral ayında Cinayət Məcəlləsinin 152.1-ci (onaltı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR