Onlayn ictimai-siyasi qəzet
Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun Musavat.com-a verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ