İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azəriqaz" sədri borc məsələsinə aydınlıq gətirdi  

"Hazırda qaz təchizatı barədə heç bir problem yoxdur. Vətəndaşlar daimi qazla təmin olunur".

Musavat.com xəbər verir ki, bu sözləri "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib. O, borc məsələsinə də diqqət çəkib: "Cari ildə "Azəriqaz" "Azəristiliktəchizat"a borclanmayıb.
"Azəristiliktəchizat"ın bu il heç bir şikayəti yoxdur. Əvvəlki illərin borclarına isə baxılır. Amma dəqiq rəqəm deyə bilməyəcəm, hesablamalar aparılır, müzakirə olunur, dəqiq məlumat yoxdur".

R. Əliyev həmçinin bildirib ki, qazın tərkibinin zəhərlənmələrlə ilə heç bir əlaqəsi yoxdur:
"Zəhərlənmələr qazın tərkibi ilə bağlı deyil, dəm qazının havaya ötürülməsi ilə əlaqədardır".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR