İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı tələbə faciəvi şəkildə ÖLDÜ

Masallı rayonunda ağır yol qəzası baş verib.

Hadisə dünən saat 19 radələrində Ələt-Astara yolunun 154-cü kilometrliyində - Təzə Alvadı kəndinin ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Niyazi İkram oğlu Abdullayev idarə etdiyi “Mercedes” markalı 10 UT 770 N-li avtomobillə yolu keçən kənd sakini 2006-cı il təvəllüdlü Aylin Malik qızı Məmmədovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş A.Məmmədova ölüb. Məlumata görə, hadisə A.Məmmədova avtobusdan düşüb yolu keçərkən baş verib. O, universitetlərdən birinin tələbəsi imiş.

Baş DYP İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır./qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR