Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Moskva vilayətinin Reutov şəhərində yeniyetmə atıcılıq poliqonunda təsadüfən atasını güllələyib.
Musavat.com lent.az-a istinadən bildirir ki, avqustun 20-də 43 yaşlı Emin oğlu ilə birlikdə atıcılıq meydançasına gəlib. Atası atəş xəttinə daxil olan zaman taktiki qulaqcıq taxıb, əlində tüfəng olan yeniyetmə təsadüfən tətiyi sıxıb və Emini ölümcül yaralayıb. Moskva vilayətinin İstintaq Komitəsindən verilən məlumata görə, kişi yerindəcə keçinib.
Atıcılıq poliqonunun əməkdaşı qeyd edib ki, Emin onların daimi müştərisi olub. Onun silah icazəsi olub və onunla müvafiq müqavilə bağlanıb.
Reutovun atış poliqonunda öldürülən şəxs atışma zamanı oğlunun şəklini çəkməyə gedib. 17 yaşlı oğlan atasına fikir verməyib və onu karabinlə vurub.
Məlumata görə, ölən şəxs azərbaycanlı iş adamı Emin Quliyevdir. Hadisəni isə onuin ögey oğlu 17 yaşlı Dəniz törədib. Bildirilir ki, güllə E. Quliyevin qarnına dəyib, o, təcili tibbi yardım gələnə kimi dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş tir inzibatçısını təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı saxlayıblar. İstintaqın məlumatına görə, yeniyetmə Dəniz müqavilə bağlamadan atış meydançasına buraxılıb və işçi təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etməli olsa da, otağı tərk edib.
Yeniyetmə barəsində ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə iş açılıb. Oğlana həmin yeri tərk etməmək barədə şəhadətnamə verilib. Hadisədən sonra o, psixoloqların müayinəsinə göndərilib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ