İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı iş adamı Moskva teatrına 170 milyon “atıb” qaçdı -Məhkəmə qiyabi həbs qərarı çıxardı

Moskva şəhər Xamovniki rayon məhkəməsi azərbaycanlı iş adamı Fərid Haqverdiyev barəsində 8 il qiyabi həbs qərarı çıxarıb.

Gundem.az-ın məlumatına görə, o Rusiya paytaxtında yerləşən məşhur “Lenkom” teatrının 170 milyon rubl dəyərində aksiyalarını mənimsəməkdə ittiham edilir.

Məlumatda deyilir ki, Haqverdiyev onun barəsində cinayət işi qaldırıldıqdan dərhal sonra Moskvanı tərk etməyə imkan tapıb.

Fərid Haqverdiyev 1987-ci ildən etibarən Moskvadakı “Yunost” mehmanxana kompleksinin direktoru olub. Əslində, onun adı Moskva Baş Mədəniyyət İdarəsinin balansında olan “Lenkom” teatrının əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı cinayət işində çoxdan keçirdi. 

İstintaqın versiyasına görə  o, saxta müqavilələr hazırlayaraq “Lenkom” teatrına məxsus olan külli miqdarda səhmləri ələ keçirdiyi barədə cinayət işi qaldırılmışdı. 

Gələn başqa bir xəbərə görə, Haqverdiyev hazırda Avstriyada yaşayır və otelçiliklə məşğuldur. F.Haqverdiyev 2015-ci ildə Avstriyanın dağlıq  Heiligenbult bölgəsində yerləşən və 30 nömrədən ibarət üç ulduzlu “Hotel Rupertihaus”u alıb.

шы фвфб.jpg (50 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR