İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın XİN başçısı: “Ermənistan təkcə danışıqlardan imtina etmir, eyni zamanda yeni hərbi təxribatlar törədir”

“Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirdik”.

Report xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən ilin dekabr ayından etibarən Ermənistanın destruktiv mövqeyi nəticəsində birbaşa təmaslar dayandırılıb: “Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistan tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik”.

C.Bayramov vurğulayıb ki, Ermənistanın qeyri-destruktiv yanaşması təkcə danışıqlar prosesinə təsir etmir: “Biz yeni hərbi təxribatların da şahidi oluruq. Belə təxribatlardan sonuncusu dünən baş verib”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR