Onlayn ictimai-siyasi qəzet
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.
Bu barədə Musavat.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın sərbəst güləş üzrə millisi dünya çempionatını 1 qızıl 2 gümüş və 1 bürünc medalla başa vurub.
Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.
Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (57 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ