Onlayn ictimai-siyasi qəzet
2024-cü il ərzində Azərbaycan xarici bazarlara 14 milyard 437 milyon 355.99 min dollar dəyərində 23 milyon 596 min 132.23 ton neft ixrac edib.
Musavat.com-un Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarət statistikasına istinadən apardığı hesablamaya görə, bu, 2023-cü ildəkindən dəyər baxımından 1 milyard 803 milyon 473.64 min dollar və ya 11 faiz, miqdar baxımından isə 2 milyon 451 min 157.28 ton və ya 9,4 faiz azalma deməkdir.
Xatırladaq ki, 2023-cü ildə xaricə 16 240 829.63 dollarlıq 26 047 289.51 ton neft satılmışdı.
Ötən il Azərbaycanın qaz ixracı 25 milyard 772 milyon 217.76 min kubmetrə bərabər olub ki, bundan ölkəyə 8 milyard 406 milyon 728.72 min dollar gəlir əldə edilib. Qaz ixracı miqdar baxımından əvvəlki illə müqayisədə 851 milyon 255.76 min kubmetr, dəyər baxımından isə 5 milyard 271 milyon 615.42 min dollar azalıb.
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ