İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın həmrəylik rəmzi Sərvər Bəşirli Cahit Bağçı ilə görüşüb - FOTOLAR

Qardaş ölkədə baş verən zəlzələlərdən sonra bütün Azərbaycanın həmrəylik rəmzinə çevrilən Sərvər Bəşirli və onun əmisi oğlu İmamverdi Bəşirli Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin sosial media hesabında məlumat paylaşılıb.

Məlumata görə, səfir Cahit Bağçı zəlzələ bölgəsində aparılan işlərə könüllü töhfə verdiklərinə görə bir daha Sərvər Bəşirliyə və onun əmisi oğluna öz təşəkkürünü bildirib. 

Qeyd edək ki, Türkiyənin acı günlərində köhnə avtomobili ilə qardaş ölkəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək aparan Sərvər Bəşirlinin fotosu dünya mediasında da diqqət çəkib. Sərvər Bəşirli və onun əmisi oğlu İmamverdi Bəşirli Azərbaycandan Türkiyəyə (Adıyaman) yardıma gedən könüllülərdən ibarət heyətdə də yer alıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR