İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan yola çıxan gəmi Albaniyada saxlanılıb?

Albaniya polisi fevralın 20-si Durres limanında Liberiya bayrağı altında üzən və Rusiya neftini daşımaqda şübhəli bilinən gəmini saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Albaniya polisi yayıb.

Daşınan neftin həcminin 22,5 min ton olduğu bildirilir.

Ölkənin hüquq-mühafizə orqanları gəminin Azərbaycandan yola çıxdığını, Yunanıstanın Kalamata limanında nefti başqa gəmidən yüklədiyini iddia edib. Saxlanılan gəminin göyərtəsində 22 ekipaj üzvü olub.

“Report”un öz mənbələrinə istinadən yaydığı məlumata görə, Albaniya mətbuatının Azərbaycanın gəmisinin Durres limanında saxlanılması və guya qaçaqmalçılıqla məşğul olmasına dair xəbərlər həqiqəti əks etdirmir. Saxlanılan gəminin Azərbaycana məxsus olmadığı, eyni zamanda Azərbaycanın heç bir neft qaçaqmalçılığı etmədiyi bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR