İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda təcili tibbi yardım avtomobili qəzaya düşüb, xəsarət alan var

 

Samux rayonunda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zazalı ərazisində qeydə alınıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qəzanın təfərrüatları araşdırılır.

***

Gəncə şəhərində 103 təcili tibbi yardım maşını idarəetmədən çıxaraq ağaca çırpılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhəri ərazisində qeydə alınıb. Təcili tibbi yardım maşının idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində, avtomobilin sürücüsü Samux rayon Zazalı kənd sakini, 1972-ci il təvəllüdlü V. Süleymanov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, qəza zamanı avtomobildə xəstə olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR