İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ŞOK onlayn dələduzluq: “Pazfarm” pulları yığıb aradan çıxdı 

 

"Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsi vəsaitləri mənimsəyərək aradan çıxıb".

Musavat.com xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas bildirib.

O qeyd edib ki, platformada 50.000 manata qədər pulu batan insanlar var:""Pazfarm" insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkən sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR