Onlayn ictimai-siyasi qəzet
Polis yol qəzasında həlak olub.
1983-cü il təvəllüdlü Məmmədov Davud Rafiq oğlu “Volkswagen Touareg” markalı, “90-GD-390” dövlət qeydiyyat nömrəli avtomobillə Hacıqabul rayonundan Sabirabad rayonuna gedən magistral yolda qəza edib. Belə ki, onun idarə etdiyi avtomobil dəmir arakəsmələrə dəyib, nəticədə D.Məmmədov hadisə yerində ölüb.
Hazırda faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Davud Məmmədov Sabirabad RPŞ-nin əməkdaşı olub. (Trend)
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ