Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamenti Gürcüstanda insan haqları ilə bağlı 2024-cü il üzrə hesabatını açıqlayıb.
Musavat.com xəbər verir ki, sənəddə ölkədə söz və media azadlığının məhdudlaşdırılması, “xarici agent” qanunu, jurnalistlərə qarşı zorakılıq və cəzasızlıq kimi ciddi problemlərin mövcudluğu vurğulanır.
12 avqustda dərc edilən hesabatda qeyd olunur ki, ötən il Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunlar qəbul edilib. Sonuncu qanun bəzi fikir ifadələrini cinayət məsuliyyətinə səbəb edir.
Hesabatda göstərilir ki, ölkədə işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, əsassız həbslər və saxlamalar, fikir və media azadlığının ciddi şəkildə məhdudlaşdırılması hallarına dair etibarlı məlumatlar var. Jurnalistlərə və vətəndaşlara qarşı zorakılıq və təhdidlər də diqqət çəkən məqamlar sırasındadır.
Dövlət Departamenti bildirir ki, hökumət bəzi hallarda hüquq pozuntularına görə vəzifəli şəxsləri araşdırsa və cəzalandırsa da, cəzasızlıq problemi hələ də qalır.
Sənəddə Gürcüstanın “Pirveli” telekanalının əməkdaşları, jurnalist Maka Çixladze və operator Georgi Şetsiruliyə edilən hücum hadisəsi də qeyd edilib.
Bundan başqa, jurnalistlər və fəallara qarşı telefon təhdidləri, ev və ofislərin yaxınlığında vandalizm, təhqiredici plakatların asılması və avtomobillərin zədələnməsi kimi faktlar ətraflı təsvir olunub.
Musavat.com
15 Avqust 2025
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ