Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyi Rusiya–ABŞ sammitində Ukrayna ilə “ərazilərin dəyişdirilməsi” mövzusunun müzakirə olunacağına dair yayılan məlumatlara münasibət bildirib.
Musavat.com-un xəbərinə görə, Nazirliyin bəyanatında vurğulanır ki, Rusiyanın ərazi quruluşu ölkə konstitusiyasında təsbit olunub və bu məsələ danışıqlar predmeti ola bilməz.
Moskva bu mövqeyi ilə Ukrayna prezidenti Volodimir Zelenskinin və Kiyevin dəyişməz mövqeyini gözdən salmağa çalışır. Kremlin rəsmi xətti ondan ibarətdir ki, Krım və işğal altında saxlanılan digər bölgələr Rusiyanın ayrılmaz hissəsi kimi qəbul edilir və beynəlxalq müzakirəyə çıxarılması mümkünsüzdür.
Qeyd edək ki, Ukrayna tərəfi də dəfələrlə bəyan edib ki, ərazilərin mübadiləsi və ya güzəşt əsasında sülh sazişinə razı olmayacaq. Kiyev bu məsələdə prinsipial mövqe nümayiş etdirərək Rusiya işğalının tam aradan qaldırılmasını tələb edir.
Musavat.com
15 Avqust 2025
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ