İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda “Google Pay”dən istifadə mümkün olub

“Google Pay” yerli bankların sisteminə inteqrasiya olunub.

“APA-Economics”in əldə etdiyi məlumata görə, hazırda “Google Pay” funksiyası tam işləkdir və yaxın günlərdə banklar tərəfindən xidmətin istifadəyə verilməsinə dair məlumatlar təqdim ediləcək.

Qeyd edək ki, “Google Pay” nağdsız ödənişlərin aparılması üçün istifadə olunan proqram təminatıdır.

Sistem 2015-ci ilin sentyabrın 11-də yaradılmış ödəmə sistemidir və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR