İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha bir məmur saxlanıldı- FOTO

Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.

“Report”un xəbərinə görə, o, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun korrupsiya cinayəti ilə bağlı saxlanıldığı bildirilir.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay RİH-də yoxlamalar başlayıb, bir neçə şəxsin saxlanıldığı barədə məlumatlar yayılmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR