İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu şəxslərə SON MÖHLƏT VERİLDİ - VİDEO

Paytaxt yollarında hələ də dövlət qeydiyyat nişanı olmadan moped idarə edən şəxslərə rast gəlinir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı moped sürənlərə növbəti dəfə xəbərdarlıq edib. Bildirilib ki, sözügedən nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı proses təxirə salınmadan icra edilməlidir.

İdarənin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, mopedlərin dövlət qeydiyyatına alınması və sürücülük hüququ olmadan idarə edilməsinin qarşısını almaq məqsədi ilə nəzarət profilaktik tədbirlər davam etdiriləcək.

Sürücülük vəsiqələri ilə bağlı yeni qaydaların qüvvəyə minməsi moped idarə edənlərin sayına təsirsiz ötüşməyib. Belə sürücülərin paytaxt yollarında kifayət qədər azaldığı müşahidə edilir. Bunu kuryerliklə məşğul olan şəxslərin özləri də təsdiqləyir.

Qeyd edək ki, yeni qaydaların tətbiqinin əsas səbəblərindən biri də xüsusi ilə motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən qəzalar zamanı neqativ halların aradan qaldırılmasıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR